PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2025-ci ildə Azərbaycanda həyat sığortası növləri üzrə 853,010 milyon manat sığorta haqqı toplanıb. Bu, 2024-cü il göstəricisi ilə müqayisədə 119 milyon manat və ya 16,2% artım deməkdir.
PostNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 159,7 milyon manat və ya 33% artaraq 642,932 milyon manata çatıb. Beləliklə, hər 100 manat sığorta haqqının 75,4 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb ki, bu da 2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% artım deməkdir.
Hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu göstərici 2024-cü il ilə müqayisədə 167,7 milyon manat və ya 22,3% artım təşkil edir.

