Ötən il Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 1,7 milyon vətəndaşa aylıq əsasla 803 milyon manat sosial ödəniş həyata keçirilib.
PostNews xəbər verir ki, bu barədə məlumatı DSMF-in sədri Zəka Mirzəyev Bakıda keçirilən mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, bu məbləğin 74 faizi əmək pensiyalarının, 14 faizi isə sosial ödənişlərin payına düşüb.
Sədrin bildirdiyinə görə, ötən il ödənişlərin 7 milyard manatdan çoxu DSMF-nin hesabından həyata keçirilib, əhaliyə ödənişlər isə 2025-ci ildə 622 milyon manat artıb. Həmçinin qeyd olunub ki, 2025-ci ildə Fondun xərcləri 7 milyard 518 milyon manat, gəlirləri isə 6,5 milyard manat təşkil edib.
