2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 49,423 milyard ABŞ dolları olub

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 1,810 milyard dollar və ya 3,8% çoxdur.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 il ərzində ixracın həcmi 1,5 milyard dollar və ya 5,7% azalaraq geriləyib, idxal isə 3,322 milyard dollar və ya 15,8% artım göstərib.

İlin yekununda Azərbaycanın xarici ticarətində 663 milyon dollarlıq müsbət saldo formalaşıb. Bu göstərici illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azalma deməkdir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti