PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
PostNews – Azərbaycan Mərkəzi Bankı 14 yanvar 2026-cı il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələrini açıqlayıb.
Rəsmi bülletenə əsasən, 1 ABŞ dolları – 1,7000 manat, 1 Avro – 1,9795 manat, 1 İngilis funt sterlinqi – 2,2847 manat səviyyəsində müəyyən edilib. Eyni zamanda 1 Avstraliya dolları – 1,1384 manat, 1 Kanada dolları – 1,2242 manat, 1 İsveçrə frankı – 2,1214 manat, 1 Çin yuanı – 0,2437 manat təşkil edir.
Digər valyutalar üzrə məzənnələrə görə, 1 Gürcü larisi – 0,6311 manat, 1 Belarus rublu – 0,5778 manat, 1 Türk lirəsi – 0,0394 manat, 100 Yapon yeni – 1,0678 manat, 100 Rusiya rublu – 2,1559 manat olaraq qeydə alınıb.
Bank metalları bazarında isə 1 troy unsiya qızıl – 7 871,7395 manat, 1 troy unsiya gümüş – 154,3277 manat, 1 troy unsiya platin – 4 140,4350 manat, 1 troy unsiya palladium – 3 240,3785 manat səviyyəsində müəyyən olunub.
Mərkəzi Bank bildirib ki, göstərilən rəsmi məzənnələr üzrə valyutaların və bank metallarının alqı-satqısı ilə bağlı hər hansı öhdəlik daşınmır.

