Vəkillərin İntizam Komissiyası 2025-ci ildə 169 iş üzrə qərar qəbul edib

Mətn Ölçüsü

2024-cü ildə daxil olmuş və baxılmış 16, 2024-cü ildə daxil olmuş və 2025-ci ildə baxılmış 35, 2025-ci ildə daxil olmuş və baxılmış 118 intizam işi üzrə Vəkillərin İntizam Komissiyasının qəbul etdiyi müvafiq rəylər və icraata xitamla bağlı arayışlar əsasında Vəkillər Kollegiyası Rəyasət Heyəti ümumilikdə 169 qərar qəbul edib.

PostNews xəbər verir ki, bu barədə məlumat Vəkillər Kollegiyasından əldə olunub.

Bildirilib ki, qəbul edilən qərarlardan: intizam tənbehi tətbiq edilmədən qanunvericiliyin tələblərinə riayət etməni diqqətə çatdırma 36 işdə (21%), xəbərdarlıq 4 işdə (2%), irad tutma 18 işdə (11%), töhmət 21 işdə (12%), cərimə 2 işdə (1%), vəkillik fəaliyyətini müəyyən müddətə dayandırma 10 işdə (6%), Kollegiya üzvlüyündən xaric etmə 5 işdə (3%), pozuntu müəyyən olunmadığına, şikayətin geri götürüldüyünə və digər əsaslarla intizam icraatına xitam verilmə 40 işdə (24%), qiymət verilməsinin mümkün olmaması isə 33 işdə (20%) qeydə alınıb.

Məlumata əsasən, 2025-ci ildə Vəkillərin İntizam Komissiyası tərəfindən baxılaraq müvafiq rəy qəbul edilən və VK Rəyasət Heyəti tərəfindən hələ qərar qəbul edilməyən iş sayı isə 21-dir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti