PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2026-cı ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 73,540 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 milyard ABŞ dolları və ya 22,5% artım deməkdir.
Hesabat dövrünə Fondun investisiyalarının 70,4%-i və ya 51,772 milyard ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 3,9 faiz bəndi artım deməkdir.
Xarici valyutaların payında da dəyişikliklər müşahidə olunub:
- Avronun payı 21,1%-dən 17,5%-ə düşərək 10,926 milyard avro olub.
- İngilis funt sterlinqi portfeldə 4,9% və ya 2,659 milyard funt təşkil edib, bu da illik müqayisədə 1,4 faiz bəndi artım deməkdir.
- Çin yuanının payı 0,4 faiz bəndi azalarak 2,2% (11,447 milyard dollar ekvivalentində) olub.
- Yapon yeninin payı 1,3 faiz bəndi azalarak 1,3% (150,940 milyon dollar) təşkil edib.
- Digər xarici valyutaların payı isə 2,3 faiz bəndi artaraq 3,7% (2,164 milyard dollar ekvivalentində) təşkil edib.
Fond bildirir ki, bu göstəricilər investisiya diversifikasiyasının artırılması və portfelin valyuta risklərinin balanslaşdırılması istiqamətində strateji addımların nəticəsidir.

