PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Beynəlxalq Valyuta Fondu (BVF) bildirib ki, qlobal baza inflyasiyasının 2026-cı ildə 3,8 faiz, 2027-ci ildə isə 3,4 faiz səviyyəsində qalacağı gözlənilir.
PostNews xəbər verir ki, bu məlumat BVF-nin “World Economic Outlook 2026” hesabatının yanvar buraxılışından əldə olunub. Hesabatda qeyd olunur ki, proqnozlar 2025-ci ilin oktyabr hesabatı ilə müqayisədə faktiki olaraq dəyişməz qalıb, əsas tendensiyalar isə tələbin zəifləməsi və enerji resurslarının qiymətlərinin enməsi olaraq qorunub.
BVF analitikləri bildirirlər ki, ABŞ-da yüksək tariflərin təsirləri tədricən əks olunacaq və baza inflyasiya 2027-ci ildə 2 faiz hədəf səviyyəsinə qayıdacaq.
Eyni zamanda, Avstraliya və Norveçdə inflyasiya uzun müddət hədəf səviyyədən yuxarı qalacaq, Böyük Britaniyada isə 2026-cı ilin sonuna doğru inflyasiyanın hədəf səviyyəyə qayıdacağı gözlənilir. Yaponiyada ərzaq və xammal qiymətlərinin azalması nəticəsində inflyasiyanın 2026-cı ildə yumşalacağı və 2027-ci ildə hədəf səviyyəyə yaxınlaşacağı proqnozlaşdırılır.
BVF hesab edir ki, Avrozona üzrə ümumi inflyasiya təxminən 2 faiz səviyyəsində qalacaq, baza inflyasiya isə 2027-ci ildə 2 faiz olacaq.
Çində isə inflyasiyanın aşağı səviyyələrdən başlayaraq artacağı, Hindistanda isə 2025-ci ildə ərzaq qiymətlərinin aşağı olması səbəbindən qeydə alınmış düşüşdən sonra inflyasiyanın yenidən hədəf səviyyəyə qayıdacağı proqnozlaşdırılır.

