PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Dövlət Statistika Komitəsi bildirib ki, 2025-ci ildə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 23,144 milyard kub-metr qaz nəql edilib.
PostNews xəbər verir ki, bu göstərici 2024-cü il ilə müqayisədə 292 milyon kub-metr və ya 1,3 faiz çoxdur.
Ümumilikdə hesabat dövründə magistral qaz kəmərləri ilə 40,236 milyard kub-metr qaz nəql edilib və əvvəlki ilə nisbətən 0,3 faiz azalma müşahidə olunub. Qazın nəqlinin 57,5 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Şahdəniz” yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə “Şahdəniz” yatağının II mərhələsi çərçivəsində qazın genişləndirilmiş kəməri ilə Türkiyəyə – TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

