PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
“PostNews” – 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 79,8 min ton şəkər ixrac edilib ki, bunun dəyəri 57,1 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 1,6 dəfə, dəyər baxımından isə 1,5 dəfə artım deməkdir.
Hesabat dövründə şəkərin ixracı ölkənin ümumi ixracında 0,24%, qeyri-neft sektoru üzrə isə 1,72% paya sahib olub.
Bundan başqa, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 353,5 min ton şəkər istehsal edilib, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,4% artım deməkdir.

