025-ci ildə Azərbaycanda 4 038 ədəd minik avtomobili istehsal edilib.
PostNews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 1 960 ədəd və ya 32,7 faiz azdır. Belə ki, 2024-cü ildə ölkədə 5 998 ədəd minik avtomobili istehsal olunmuşdu.
2026-cı il yanvarın 1-nə olan vəziyyətə görə ölkədə hazır minik avtomobili ehtiyatı 82 ədəd təşkil edib.
Eyni zamanda, hesabat dövründə ölkədə 273 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 424 ədəd və ya 60,8 faiz azdır.
Cari ilin yanvarın 1-nə yük avtomobilləri üzrə hazır məhsul ehtiyatı 9 ədəd olub.
Qeyd edək ki, 2025-ci ildə ölkədə maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 761,6 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə maşın və avadanlıqların istehsalı 16,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 40,3 faiz azalıb.

