Dövlət Statistika Komitəsi bildirib ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkəyə 96 057 ədəd minik avtomobili, 7 123 ədəd yük avtomobili və 808 ədəd avtobus idxal olunub.
PostNews xəbər verir ki, bu göstərici DSK-nın açıqladığı 2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, idxal olunan malların 47,7 faizini avtomobil, 31,4 faizini hava, 9,9 faizini dəniz, 9,3 faizini dəmir yolu, 1,5 faizini digər nəqliyyat vasitələri, 0,2 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə gətirilmiş məhsullar təşkil edib.
İxracda isə 46,2 faiz məhsul İtaliyaya, 13,1 faiz Türkiyəyə, 4,6 faiz Rusiyaya, hər biri 3,2 faiz Bolqarıstan, Yunanıstan və Çexiyaya, 2,8 faiz Xorvatiyaya, 2,7 faiz Gürcüstana, 2,5 faiz Rumıniyaya, 2,3 faiz Almaniyaya, hər biri 1,8 faiz Portuqaliya və İsveçrəyə, 1,2 faiz Birləşmiş Krallığa, 1,1 faiz İrlandiyaya, hər biri 0,9 faiz Ukrayna və Tunisə, 0,8 faiz Niderlanda, 0,7 faiz Fransaya, 0,6 faiz Hindistana, hər biri 0,5 faiz BƏƏ və Serbiyaya, 5,4 faiz isə digər ölkələrə göndərilmişdir.

