PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
Dövlət Statistika Komitəsi bildirib ki, 2025-ci ildə Azərbaycanda 690,7 min ton ağ neft istehsal olunub.
PostNews xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 22,9 faiz artım göstərir.
Cari ilin yanvarın 1-i vəziyyətinə görə ölkədə hazır məhsul ehtiyatı 26,5 min ton təşkil edib.
Qeyd olunub ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 5,532 milyard manat olub və əvvəlki illə müqayisədə 13,7 faiz artım müşahidə olunub.

