Dövlət Statistika Komitəsi bildirib ki, 2025-ci ilin yanvar–dekabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,4 faiz azalaraq 226,8 milyon nəfər olub.
PostNews xəbər verir ki, bu göstəricilər DSK-nın açıqladığı 2025-ci ilin yanvar–dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, hava nəqliyyatı ilə 4162,1 min sərnişin daşınıb, bu göstərici əvvəlki ilə müqayisədə 2,9 faiz artım göstərir. Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Həmçinin, metro ilə yükdaşıma 6,6 faiz azalaraq 391,2 min ton təşkil edib.

