2025-ci ildə Azərbaycanın neft ixracı: əsas bazarlar və göstəricilər

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycan xarici bazarlara 12,1 milyard ABŞ dollarından çox dəyərdə təxminən 23,4 milyon ton xam neft və neft məhsulları ixrac edib.

PostNews Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 milyard ABŞ dolları və ya 16,2% azalıb, həcm göstəricisi isə 215 min ton və ya 0,9% artıb.

Yanvar–noyabr aylarında Azərbaycan neftini ən çox idxal edən ölkələrin siyahısına İtaliya başçılıq edir. Bu ölkə 13,1 milyon ton həcmində, 6,7 milyard ABŞ dolları dəyərində neft idxal edib. İlk üçlükdə həmçinin ÇexiyaXorvatiya yer alır.

2025-ci ildə Azərbaycan neftini ən çox idxal edən 10 ölkə

Ölkə İdxal həcmi (ton) İdxal dəyəri (ABŞ dolları)
İtaliya 13 111 475,61 6 727 698 250
Çexiya 1 405 059,25 742 159 080
Xorvatiya 1 255 021,16 666 587 010
Rumıniya 1 122 055,58 598 454 150
Almaniya 956 716,48 502 018 650
Portuqaliya 803 374,35 430 730 820
Yunanıstan 702 354,87 367 729 040
Böyük Britaniya 648 255,19 336 954 560
İrlandiya 577 056,93 289 696 230
Tunis 432 028,56 227 895 520

Qeyd edək ki, Azərbaycan nefti dünya bazarlarına Bakı–Novorossiysk, Bakı–SupsaBakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərləri vasitəsilə nəql olunur. Hazırda Bakı–Supsa boru kəməri ilə nəql prosesi dayandırılıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti