2025-ci ildə Azərbaycandan Portuqaliyaya 430,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 803,4 min ton xam neft və neft məhsulları ixrac olunub.
PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 200,5 milyon dollar və ya 31,8%, həcm baxımından isə 201,6 min ton və ya 20,1% azalma deməkdir.
Hesabat dövründə Portuqaliya Azərbaycanın ən çox neft və neft məhsulları ixrac etdiyi ölkələr arasında 6-cı yeri tutub.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,4 milyard dollar və ya 16,2% azalsa da, fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

