2025-ci ildə Azərbaycandan dəmir yolu nəqliyyatı vasitəsilə 3,06 milyard ABŞ dolları dəyərində 7,08 milyon ton beynəlxalq yük daşınıb. PostNews Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 270 milyon ABŞ dolları və ya 8,1%, həcm baxımından isə 645 min ton və ya 8,4% azalıb.
Hesabat dövründə dəmir yolu vasitəsilə Azərbaycandan 895,9 milyon ABŞ dolları dəyərində 2,71 milyon ton yük ixrac olunub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 54,9 milyon ABŞ dolları və ya 6,5% artım, həcm baxımından isə 67 min ton və ya 2,4% azalma deməkdir.
Eyni zamanda, 2025-ci ildə Azərbaycana dəmir yolu nəqliyyatı ilə 4,37 milyon ton yük idxal olunub. Bu yüklərin dəyəri 2,164 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 325 milyon ABŞ dolları və ya 13,1%, həcm baxımından isə 578 min ton və ya 11,7% azalma deməkdir.
Qeyd olunur ki, 2025-ci ildə Azərbaycanda bütün yük nəqliyyat vasitələri ilə ümumilikdə 58,338 milyon ton yük daşınıb və onların dəyəri 49,423 milyard ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 1,811 milyard ABŞ dolları və ya 3,8% artım, həcm baxımından isə 1,369 milyon ton və ya 2,3% azalma deməkdir.
Hesabat dövründə Azərbaycandan bütün nəqliyyat vasitələri ilə ixrac 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon ton yük təşkil edib. Bu göstərici dəyər baxımından əvvəlki illə müqayisədə 42 milyon ABŞ dolları və ya 0,9% az, həcm baxımından isə 1,511 milyon ton və ya 5,7% azalıb.

