2025-ci ildə Azərbaycandan 217,2 min ton neft koksu ixrac edilib

Mətn Ölçüsü

2025-ci ildə Azərbaycandan xarici bazarlara 68,7 milyon ABŞ dolları dəyərində 217,2 min ton neft koksu ixrac olunub.

PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 50,698 milyon ABŞ dolları və ya 3,8 dəfə, həcm ifadəsində isə 7,3 min ton və ya 3,5% artım deməkdir.

Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixrac həcminin 0,27%-ni təşkil edib.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan 1,137 milyon ABŞ dolları dəyərində 4 360 ton neft bitumu ixrac olunub. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 917 min ABŞ dolları və ya 5,2 dəfə, həcm ifadəsində isə 3,2 min ton və ya 3,7 dəfə artıb.

Qeyd olunur ki, 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac edilib. Sözügedən ixracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 16,2% azalsa da, həcm ifadəsində 215 min ton və ya 0,9% artım qeydə alınıb. Sözügedən məhsulların ixracı 2025-ci ildə Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Hesabat dövründə 431,9 milyon ABŞ dolları dəyərində 735,8 min ton xam neft ixracı ilə yanaşı, bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları, eləcə də tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar da xarici bazarlara çıxarılıb.

2024-cü illə müqayisədə bu kateqoriya üzrə ixrac dəyər ifadəsində 97 milyon ABŞ dolları və ya 29%, həcm ifadəsində isə 198,2 min ton və ya 36,9% artım göstərib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti