2025-ci ildə Azərbaycanda dəniz nəqliyyatı vasitəsilə 2,565 milyard ABŞ dolları dəyərində 2,681 milyon ton yük daşınıb.
PostNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 83 milyon ABŞ dolları və ya 3,1%, həcm baxımından isə 128 min ton və ya 4,6% azalıb.
Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 171,5 milyon ABŞ dolları dəyərində 261,5 min ton yük ixrac olunub. Bu, 2024-cü illə müqayisədə dəyər ifadəsində 74,3 milyon ABŞ dolları və ya 76,4%, həcm baxımından isə 166 min ton və ya 2,7 dəfə artım deməkdir.
Eyni zamanda, 2025-ci ildə Azərbaycana dəniz nəqliyyatı ilə 2,419 milyon ton yük idxal olunub. Bu yüklərin dəyəri 2,393 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 157 milyon ABŞ dolları və ya 6,2%, həcm baxımından isə 293 min ton və ya 10,8% azalma deməkdir.
Qeyd olunur ki, 2025-ci ildə bütün yük nəqliyyat vasitələri ilə Azərbaycanda ümumilikdə 58,338 milyon ton yük daşınıb və onların dəyəri 49,423 milyard ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 1,811 milyard ABŞ dolları və ya 3,8% artım, həcm baxımından isə 1,369 milyon ton və ya 2,3% azalma deməkdir.
Hesabat dövründə Azərbaycandan bütün nəqliyyat vasitələri ilə ümumi ixrac 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon ton yük təşkil edib. Bu göstərici dəyər baxımından əvvəlki illə müqayisədə 42 milyon ABŞ dolları və ya 0,9%, həcm baxımından isə 1,511 milyon ton və ya 5,7% azalıb.

