2025-ci ildə Azərbaycan ilə Çin arasında ticarət əməliyyatlarının həcmi 4,874 milyard ABŞ dolları təşkil edib.
PostNews bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Bu, 2024-cü illə müqayisədə 1,1 milyard dollar və ya 30,2% artım deməkdir.
Hesabat dövründə Çinlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,86%-ni təşkil edib. Beləliklə, Çin hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr arasında 4-cü pillədə qərarlaşıb.
Ötən il Azərbaycandan Çinə 84,362 milyon dollar dəyərində məhsul ixrac olunub, bu da 2024-cü illə müqayisədə 4,3 dəfə çoxdur. Eyni zamanda, Çindən Azərbaycana 4,790 milyard dollar dəyərində idxal həyata keçirilib ki, bu da 28,6% artım deməkdir. Bu göstərici ilə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə olub.
Ümumilikdə, 2025-ci ildə Azərbaycan 49,423 milyard dollar dəyərində xarici ticarət aparıb ki, bu da 2024-cü illə müqayisədə 1,810 milyard dollar və ya 3,8% artım deməkdir. İxrac 25,043 milyard dollar, idxal isə 24,380 milyard dollar təşkil edib.
Yekunda xarici ticarətdə 663 milyon dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 8,3 dəfə azalma deməkdir.

