Dövlət Neft Fondunun aktivləri bir ildə 22,5% artıb

Mətn Ölçüsü

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə 60,031 milyard ABŞ dolları və ya 102,053 milyard manat təşkil edib.

PostNews ARDNF-yə istinadən xəbər verir ki, Fondun aktivləri 2025-ci il dekabrın 31-nə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73,541 milyard ABŞ dollarına və ya 125,020 milyard manata çatıb.

Məlumata görə, 2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37,594 milyard manat təşkil edib. Hesabat dövründə Fondun:

  • büdcə gəlirləri – 17,160 milyard manat,
  • valyuta məzənnələrinin və qızıl qiymətlərinin dəyişməsi nəticəsində formalaşan büdcədənkənar gəlirləri – 20,434 milyard manat olub.

Eyni zamanda, 2025-ci il üzrə ARDNF-nin büdcə xərcləri 14,627 milyard manat səviyyəsində qeydə alınıb.

Qeyd edək ki, Dövlət Neft Fondunun aktivlərindəki artım qlobal maliyyə bazarlarında əlverişli qiymət konyunkturası və investisiya portfelinin gəlirliliyinin yüksəlməsi ilə əlaqələndirilir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti