PostNews — Azərbaycan və dünyada baş verən mühüm hadisələri operativ, dəqiq və obyektiv şəkildə təqdim edən xəbər və informasiya portalıdır. İqtisadiyyat, maliyyə, biznes, siyasət, cəmiyyət və digər aktual istiqamətlər üzrə xəbərlər, müsahibələr və analitik materiallar yayımlayır.
2026-cı ilin cari dövrü ərzində Azərbaycanda uşaqlara ən çox Uğur adı verilib.
PostNews Ədliyyə Nazirliyinin statistikasına istinadən xəbər verir ki, oğlan adları üzrə ikinci sırada Hüseyn – 16, üçüncü sırada isə Əli – 11, Raul – 11 və Tunar – 11 yer alıb.
Qız adları arasında isə liderlik İnci və Alisa adlarına aiddir. Hər iki ad 15 uşağa verilib. Siyahıda üçüncü yerdə Ayla – 14, dördüncü yerdə Nilay – 13, beşinci yerdə isə Məryəm – 12 yer alıb.
Beləliklə, 2026-cı ilin cari statistikası göstərir ki, valideynlər oğlanlar üçün daha çox Uğur adını, qızlar üçün isə İnci və Alisa adlarını seçirlər.

