“Nvidia” korporasiyasının direktorlar şurası şirkətin keçmiş baş direktoru Censen Huanqın yenidən bu vəzifəyə qaytarılması məsələsini gündəliyə daxil etməyib. Hazırda şuranın diqqəti onunla bağlı aparılan araşdırmaya yönəlib.
PostNews xəbər verir ki, bu barədə “CNBC” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, direktorlar şurası hazırda Censen Huanqla bağlı araşdırmanı diqqətdə saxlayır. Onun şirkət rəhbərliyinə qayıtması məsələsi isə müzakirə olunmur.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Censen Huanqın “Nvidia”nın baş direktoru vəzifəsinə qaytarılmasına etiraz etməyəcəyini bildirmişdi.
Censen Huanq vəzifələrindən istefa verib
Qeyd edək ki, noyabrın 12-də Censen Huanq Çinə casusluqda şübhəli bilinən qadınla münasibətləri ətrafında yaranmış qalmaqal fonunda “Nvidia”nın baş direktoru və prezidenti vəzifələrindən, eləcə də şirkətin direktorlar şurasındakı üzvlüyündən istefa verib.
Şirkətin maliyyə direktoru Kolet Kress müvəqqəti baş direktor təyin edilib.



