Reklam
Reklam
Reklam

Tramp Meksika məhsullarına gömrük rüsumlarını artırmaqla hədələyib

ABŞ Prezidenti Donald Tramp Meksikanın ABŞ-yə doğru hərəkət edən miqrant axınının qarşısını almayacağı təqdirdə ölkədən idxal olunan məhsullara gömrük rüsumlarının artırılacağını bəyan edib.

PostNews xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

ABŞ prezidentinə Birləşmiş Ştatlara doğru hərəkət edən miqrant axını ilə bağlı mövqeyi barədə sual ünvanlanıb.

“Onların buraya daxil olmasına icazə verilməyəcək və Meksika onların qarşısını alacaq. Onlar miqrantları dayandıracaqlarını bildiriblər. Əgər bunu etməsələr, Meksikaya qarşı sərt gömrük rüsumları tətbiq edəcəyik”, – deyə Tramp bildirib.

ABŞ prezidenti bu açıqlamanı ASEAN və APEC xətti ilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Filippin və Çinə səfərə yola düşməzdən əvvəl verib.

Paylaş: