Reklam
Reklam
Reklam

Antonio Koşta: Ukrayna, Moldova və Qərbi Balkanların gələcəyi Aİ ilə bağlıdır

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinin gələcəyinin Avropa İttifaqı ilə əlaqəli olduğuna əminliyini ifadə edib. O, Aİ-nin genişlənməsini ittifaqın ümumi rifahına və iqtisadi imkanlarına investisiya kimi qiymətləndirib.

PostNews xəbər verir ki, Antonio Koşta bu barədə Brüsseldə Avropa İttifaqının genişlənməsinə həsr olunmuş forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Aİ-nin genişlənməsi ittifaq ölkələrinin vətəndaşları və biznesləri üçün yeni imkanlar yaradır, bazarları genişləndirir və sosial modeli gücləndirir.

“Genişlənmə yük deyil, kollektiv və ümumi rifahımıza yatırılan investisiyadır. Bu, ittifaq üzrə vətəndaşlar və biznes üçün imkanlar yaradır, bazarlarımızı genişləndirir, sosial modelimizi gücləndirir və qlobal sarsıntılara reaksiya vermək qabiliyyətimizi artırır”, – deyə Koşta vurğulayıb.

Aİ Şurasının Prezidenti, eyni zamanda, üzvlük prosesinin müəyyən prinsiplər əsasında davam etdirilməsinin vacibliyini qeyd edib.

“Üzvlük prosesi ədalətli, ardıcıl və ləyaqət prinsipinə əsaslanan olaraq qalmalıdır”, – deyə o bildirib.

Paylaş: