2025-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda 7 milyon 640 mindən çox sərnişinə xidmət göstərilib.
PostNews Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, beynəlxalq istiqamətlər üzrə daşınan sərnişinlərin sayı 6 milyon 895 min nəfər təşkil edib. Bu həcmin 51,2%-i xarici aviaşirkətlərin payına düşüb.
Eyni zamanda, 3 milyon 362 min sərnişin milli aviadaşıyıcı tərəfindən daşınıb.
Məlumata görə, il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 40 xarici aviaşirkət tərəfindən 75 beynəlxalq istiqamət üzrə reyslər həyata keçirilib. Sərnişinlər arasında ən çox seçilən istiqamətlər isə İstanbul, Tbilisi, Dubay, Ankara və Moskva olub.
Hesabat dövründə aeroport üzərindən tranzit daşınan sərnişinlərin sayı 974 mindən çox qeydə alınıb. Bu göstərici 2024-cü ildəki 750 min sərnişinlə müqayisədə təxminən 30% artım deməkdir.
