Reklam
Reklam
Reklam

Sürixdə Azərbaycanda qış turizminin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanda qış turizminin inkişafı, dağ-xizək infrastrukturunun təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlıq imkanları İsveçrədə müzakirə edilib.

PostNews xəbər verir ki, noyabrın 27-də İsveçrənin Sürix şəhərində Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə görüş keçirilib. Görüşdə Azərbaycan Turizm Bürosunun, “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının nümayəndələri iştirak ediblər.

Görüşün əsas məqsədi Azərbaycanda qış turizminin və qış idman növlərinin inkişaf perspektivlərini dəyərləndirmək, beynəlxalq təcrübəni öyrənmək və FIS ilə əməkdaşlıq imkanlarını genişləndirmək olub.

Dağ-xizək turizminin inkişafı diqqət mərkəzində

Seminar çərçivəsində Azərbaycanın qış turizmi potensialı, dağ-xizək turizminin inkişafı və mövcud infrastrukturun təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə Azərbaycanın beynəlxalq qış turizmi istiqaməti kimi mövqeyinin gücləndirilməsi imkanları da nəzərdən keçirilib.

Bununla yanaşı, turizmin inkişafına dair dövlət proqramı çərçivəsində qış turizminin prioritet istiqamətləri, beynəlxalq standartların tətbiqi və aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə diqqət yetirilib.

Görüşün Azərbaycanın qış turizmi potensialının beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi və bu sahədə FIS ilə əməkdaşlıq imkanlarının araşdırılması baxımından əhəmiyyət daşıdığı bildirilib.

Paylaş: