Reklam
Reklam
Reklam

“Xəyalın Qonağı – 8”: İntellektual yarışlar və networking proqramı təşkil olunacaq

Biznes, intellektual yarışlar, əyləncə və işgüzar əlaqələrin qurulmasını bir araya gətirən “Xəyalın Qonağı” layihəsinin növbəti görüşü təşkil olunacaq.

PostNews xəbər verir ki, layihənin 8-ci görüşü dekabrın 20-də saat 10:00-da başlayacaq. Tədbir iştirakçılara fərqli formatda səhər proqramı təqdim etməyi hədəfləyir.

İntellektual yarışlar və komanda oyunları təşkil olunacaq

“Xəyalın Qonağı – 8” görüşünün proqramına intellektual yarışlar, komanda oyunları və yaradıcılıq tapşırıqları daxildir. İştirakçılar müxtəlif fəaliyyətlərə qoşulmaqla həm bilik və bacarıqlarını sınamaq, həm də yeni insanlarla tanış olmaq imkanı əldə edəcəklər.

Tədbir çərçivəsində sürprizlərin və əlavə əyləncəli fəaliyyətlərin də təşkili nəzərdə tutulur.

“Fərqli formatda, unudulmaz bir səhər!” şüarı ilə təqdim olunan layihə biznes nümayəndələri, sahibkarlar və yeni işgüzar əlaqələr qurmaq istəyən şəxslər üçün nəzərdə tutulub.

İştirak və sponsorluq qiymətləri açıqlanıb

Tədbirin təqdim olunan afişasında giriş biletinin qiyməti 50 manat göstərilib. Reklam və tanıtım imkanlarından yararlanmaq istəyənlər üçün də müxtəlif paketlər təklif olunur.

Roll Up reklam paketinin qiyməti 120 manat, sponsorluq paketinin qiyməti isə 350 manat təşkil edir.

Təşkilatçılar maraqlanan şəxsləri dekabrın 20-də keçiriləcək görüşdə iştirak etməyə dəvət edirlər.

Biletlə bağlı ətraflı məlumat və qeydiyyat üçün 050 285 16 05 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Paylaş: