Reklam
Reklam
Reklam

Sea Breeze və Sky Breeze layihələri üzrə xüsusi ödəniş şərtləri açıqlanıb – Zinaida Məmmədova

Sea Breeze Resort yaşayış və istirahət kompleksində daşınmaz əmlakın satışını və idarə olunmasını həyata keçirən Sea Breeze Real Estate şirkəti AIREX 2026 beynəlxalq daşınmaz əmlak sərgisində həm Sea Breeze, həm də Şahdağda inşa edilən Sky Breeze layihəsini təqdim edib.

Şirkətin Satış Komandasının Rəhbəri Zinaida Məmmədova sözlərinə görə, sərgi çərçivəsində Sea Breeze layihəsi üzrə 5 faiz ilkin ödəniş və 60 ayadək faizsiz daxili kredit, Sky Breeze layihəsi üzrə isə 10 faiz ilkin ödəniş və 48 ayadək daxili kredit imkanları təklif olunur. O, bu barədə PostNews-a açıqlamasında bildirib.

Z.Məmmədova artıq beş ildir Sea Breeze komandasında çalışdığını və AIREX 2026 sərgisinin şirkət üçün layihələri daha geniş auditoriyaya təqdim etmək baxımından əhəmiyyətli platforma olduğunu qeyd edib.

Onun sözlərinə görə, sərgi yerli və beynəlxalq şirkətlərlə əlaqələrin genişləndirilməsi, potensial tərəfdaşların müəyyənləşdirilməsi və yeni əməkdaşlıqların qurulması üçün imkan yaradır.

Satış Komandasının Rəhbəri bildirib ki, Sea Breeze-in sərgi pavilyonunda əsas layihə ilə yanaşı, Şahdağda inşa edilən Sky Breeze layihəsi də nümayiş olunur. Beləliklə, ziyarətçilər fərqli istiqamətlərdə həyata keçirilən daşınmaz əmlak layihələri ilə tanış olmaq imkanı əldə edirlər:

“Bu sərgi bizim üçün layihələrimizi daha geniş auditoriyaya tanıtmaq baxımından çox vacibdir. Məqsədimiz yalnız yerli alıcılarla deyil, beynəlxalq şirkətlər və potensial tərəfdaşlarla da əlaqələr qurmaqdır. AIREX 2026 həm Sea Breeze, həm də Sky Breeze layihələrimizi təqdim etmək, yeni əməkdaşlıqlar üçün imkanlar yaratmaq baxımından əhəmiyyətlidir”.

Sea Breeze layihəsi üzrə xüsusi ödəniş imkanları

Zinaida Məmmədova sərgi günlərində alıcılara təqdim olunan xüsusi kampaniyanın mənzil əldə etmək istəyənlər üçün əlavə imkanlar yaratdığını vurğulayıb.

Onun sözlərinə görə, 2026-cı il AIREX sərgisi çərçivəsində Sea Breeze layihəsi üzrə ilkin ödəniş 5 faizə endirilib. Alıcılara qalan məbləği 60 ay müddətində faizsiz daxili kreditlə ödəmək imkanı təqdim olunur.

Sky Breeze layihəsi üzrə isə fərqli ödəniş mexanizmi tətbiq edilir. Bu layihədə ilkin ödəniş 10 faiz təşkil edir və alıcılar 48 ayadək daxili kredit imkanından yararlana bilirlər:

“Hazırda AIREX 2026 sərgisi çərçivəsində müştərilərimizə xüsusi təkliflər təqdim edirik. Sea Breeze layihəsi üzrə ilkin ödəniş cəmi 5 faiz təşkil edir, qalan məbləği isə 60 ay müddətində faizsiz daxili kreditlə ödəmək mümkündür.

Şahdağda inşa edilən Sky Breeze layihəsi üzrə də xüsusi şərtlərimiz var. Bu layihədə ilkin ödəniş 10 faiz, daxili kredit müddəti isə 48 ayadək nəzərdə tutulub. Beləliklə, hər iki layihə üzrə alıcılara fərqli maliyyə imkanları təqdim edirik”.

Sərgi yeni əməkdaşlıqlar üçün imkan yaradır

Sea Breeze Real Estate şirkətinin nümayəndəsi AIREX 2026-nın gələcək əməkdaşlıqların qurulması və investisiyaların cəlb edilməsi baxımından da əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, sərgidə Sea Breeze-in mövcud tərəfdaşları ilə yanaşı, müxtəlif ölkələrdən gələn şirkət nümayəndələri də iştirak edir. Bu isə yeni işgüzar əlaqələrin qurulmasına, qarşılıqlı təcrübə mübadiləsinə və gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradır.

Zinaida Məmmədova bildirib ki, sərgi zamanı bir sıra yerli və xarici şirkət nümayəndələri ilə ilkin əlaqələr yaradılıb, qarşılıqlı əlaqə məlumatları mübadilə olunub.

O hesab edir ki, belə beynəlxalq platformalar şirkətin fəaliyyət coğrafiyasını genişləndirmək, yeni tərəfdaşlar qazanmaq və layihələrə investor marağını artırmaq baxımından mühüm rol oynayır.

Paylaş: