Ötən il enteritlər, kolitlər, qastroenteritlər, qida zəhərlənmələri ilə xəstələnmə 48,5% azalıb

Mətn Ölçüsü

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar–noyabr aylarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə viruslu hepatit A ilə xəstələnmə 96,8 faiz, viruslu hepatit C ilə 61,5 faiz, skarlatina ilə 56,4 faiz azalıb.

PostNews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, törədicisi müəyyən olunmuş enteritlər, kolitlər, qastroenteritlər və qida zəhərlənmələri ilə xəstələnmə 48,5 faiz, qazanılmış immunçatışmazlığı (QİÇS) ilə 37,3 faiz, pedikulyoz ilə 19,3 faiz, qonokokk infeksiyası ilə 19,1 faiz azalıb.

Azərbaycanda göyöskürək, malyariya, kəskin poliomielit, epidemik parotit, məxmərək və anadangəlmə məxmərək sindromu, difteriya və yenidoğulmuşlarda tetanus xəstəlikləri ümumiyyətlə qeydə alınmayıb.

Qeyd olunub ki, son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində epidemioloji vəziyyət sabit qalsa da, 2025-ci ilin 11 ayı ərzində əhali arasında brusellyoz, kəskin hepatit B, qoturluq və su çiçəyi ilə xəstələnmə hallarında artım müşahidə olunub.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti