Reklam
Reklam
Reklam

“ASAN xidmət” təcrübəsi Qazaxıstan nümayəndələrinə təqdim olunub

Azərbaycanın “ASAN xidmət” modeli və dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi təcrübəsi Qazaxıstan nümayəndələrinə təqdim edilib.

PostNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Qazaxıstanın müxtəlif vilayətlərini və qurumlarını təmsil edən nümayəndələr üçün təqdimat keçirilib.

Təqdimatda Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” modeli, eləcə də dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

“ASAN xidmət” beynəlxalq mükafatlara layiq görülüb

Təqdimat zamanı Dövlət Agentliyinin beynəlxalq səviyyədə qazandığı uğurlara da diqqət çəkilib.

Bildirilib ki, qurum 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına, 2023-cü ildə isə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb.

Həmçinin “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qazaxıstan nümayəndələri innovasiya mərkəzləri ilə tanış olublar

Dövlət İdarəçilik Akademiyasının dəvəti ilə Azərbaycana səfər edən qonaqlar “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Səfər çərçivəsində nümayəndələr “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində, eləcə də “ABAD” publik hüquqi şəxsdə olublar. Onlara bu qurumların fəaliyyəti və həyata keçirdikləri layihələr barədə məlumat verilib.

Paylaş: