2025-ci ildə Azərbaycandan Hindistana 167,3 milyon ABŞ dolları dəyərində 335 min ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.
PostNews xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 562,5 milyon dollar və ya 77%, həcm baxımından isə 834 min ton və ya 71,3% azalma deməkdir. 2024-cü ildə Azərbaycandan Hindistana 729,8 milyon dollar dəyərində 1,169 milyon ton neft və neft məhsulları ixrac olunmuşdu.
Hesabat dövründə 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları üzrə 23,4 milyon ton məhsul ixrac olunub, ixracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi ixrac dəyəri 2,4 milyard ABŞ dolları və ya 16,2% azalsa da, fiziki həcm 215 min ton və ya 0,9% artıb. Bu məhsulların ixracı ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

