Çin və ABŞ ikitərəfli ticari-iqtisadi məsləhətləşmələr mexanizmi çərçivəsində ticarət şurasının ilk iclasını keçirib. Tərəflər gömrük rüsumlarının qarşılıqlı azaldılması, kənd təsərrüfatı məhsullarının ticarəti və digər iqtisadi məsələləri müzakirə ediblər.
PostNews xəbər verir ki, bu barədə TASS Çin Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, görüş zamanı iki ölkənin nümayəndələri gömrük rüsumlarının qarşılıqlı azaldılması da daxil olmaqla, bir sıra məsələlər ətrafında ətraflı və konstruktiv müzakirələr aparıblar.
Tərəflər ticarət şurasının iclaslarını davam etdirmək barədə də razılığa gəliblər.
Çin və ABŞ tariflərin azaldılmasını müzakirə edəcək
Məlumata əsasən, növbəti iclaslarda 30 milyard dollaradək məbləğdə tariflərin azaldılması, kənd təsərrüfatı məhsullarının ticarəti və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Görüşlərin davam etdirilməsi iki ölkə arasında ticari-iqtisadi məsləhətləşmələrin növbəti mərhələsinin gündəliyini formalaşdıracaq.



