Reklam
Reklam
Reklam

“Zəfər Olimpiadası”nda qaliblər noyabrın 15-də mükafatlandırılacaq

Müəllimlərin peşəkar inkişafını və təhsil mühitinin təkmilləşdirilməsini hədəfləyən “Zəfər Olimpiadası”nın mükafatlandırma mərasiminin noyabrın 15-də keçiriləcək. 10 fənn üzrə təşkil olunan layihənin qaliblərini Türkiyədə müəllim mübadilə proqramı, peşəkar inkişaf imkanları və müxtəlif hədiyyələr gözləyir.

PostNews xəbər verir ki, “Uniser Training Center” tərəfindən həyata keçirilən və artıq beş ildir davam edən layihə müəllimlərin peşəkar inkişafına dəstək göstərmək, eləcə də təhsil mühitinin inkişafına töhfə vermək məqsədi daşıyır.

Layihənin rəhbəri Pərvanə Babışovanın sözlərinə görə, olimpiadanın birinci mərhələsi oktyabrın 18-də keçirilib. Oktyabrın 23–25-də isə iştirakçılar üçün beynəlxalq təlimlər təşkil olunub. Olimpiadanın ikinci mərhələsi noyabrın 1-də baş tutub.

Qalibləri Türkiyədə müəllim mübadilə proqramı gözləyir

Olimpiadanın qalibləri üçün müxtəlif mükafatlar və peşəkar inkişaf imkanları nəzərdə tutulub. Belə ki, qaliblər Türkiyədə müəllim mübadilə proqramında iştirak etmək imkanı əldə edəcəklər.

Bununla yanaşı, mükafatlar sırasında notebook, planşet, ağıllı saat, sertifikat və digər hədiyyələr də yer alır.

Layihənin təşkilatçıları “Uniser Training Center” şirkətinin rəhbəri və təsisçisi Emin Xankişiyev və layihə rəhbəri Pərvanə Babışovadır.

Qeyd edək ki, olimpiada 10 fənn üzrə təşkil olunur. Mükafatlandırma mərasiminin noyabrın 15-də keçiriləcək.

“Zəfər Olimpiadası” ilə bağlı ətraflı məlumat əldə etmək və əməkdaşlıq imkanlarını müzakirə etmək istəyənlər təşkilatçılarla aşağıdakı əlaqə vasitələri üzərindən əlaqə saxlaya bilərlər:

Ötən illərin olimpiadalarından görüntülər: Fotoqalereya

Paylaş: