2025-ci ilin sonuna Azərbaycanda bankların ümumi aktivləri 57,086 milyard manat olub

Mətn Ölçüsü

2025-ci ilin sonuna Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 57,086 milyard manat təşkil edib.

PostNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövrü ərzində bankların ümumi borcu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat olub. Beləliklə, 2025-ci ildə bankların məcmu aktivləri 2,8% azalıb, məcmu borc öhdəlikləri 7,2% azalıb, balans kapitalı isə 11% artıb.

2024-cü ildə AÖS vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi 109,9 milyon manat, sayı isə 99 min ədəd təşkil edib.

Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 olub.

Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım 8% və ya 2,026 nəfər təşkil edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti