Yaşıl enerji ilə bağlı MÜHÜM XƏBƏR!

Mətn Ölçüsü

Hazırda Azərbaycan Respublikasında bərpa olunan enerji sahəsində çoxşaxəli və genişmiqyaslı layihələr icra olunur. Ölkəmizdə 2027-ci ilədək ümumi gücü 2 QVt-dan artıq olan “yaşıl enerji” layihələrinin reallaşdırılması nəzərdə tutulur.

Bu fikirləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev bildirib.

Onun sözlərinə görə, artıq istismara verilmiş sənaye miqyaslı ilk bərpa olunan enerji stansiyaları olan – 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası və 240 MVt gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyası ölkəmizin enerji balansında mühüm rol oynayır.

Eyni zamanda, bp şirkəti tərəfindən Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası, “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində isə ümumi gücü 1000 MVt olan – 315 MVt gücündə Bankə GES, 445 MVt gücündə Biləsuvar GES və 240 MVt Abşeron–Qaradağ KES layihələri icra qrafikinə uyğun olaraq həyata keçirilir. Bununla yanaşı 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası layihəsi üzrə tikinti işləri isə ÇXR-nın “Universal International Holdings Limited” şirkəti tərəfindən davam etdirilir.

Son dövrlər Çin şirkətləri ilə də əməkdaşlıq genişləndirilir. Bu çərçivədə “China Energy” şirkəti ilə 160 MVt günəş elektrik stansiyasının inşası layihəsi, “Power China” şirkəti ilə 160 MVt gücündə günəş elektrik stansiyası layihəsi və “China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsinin həyata keçirilməsi üzrə danışıqlar aparılır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti