2026-cı ildə Azərbaycanda 864 min 799,5 ton kartof istehsal olunub. Ən yüksək göstərici 177 min 364,3 tonla Şəmkir rayonunda qeydə alınıb.
PostNews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Hesabat dövründə kartof istehsalına görə ilk onluqda ikinci yerdə 129 min 503,4 ton göstərici ilə Tovuz rayonu qərarlaşıb. Cəlilabad rayonunda 107 min 180 ton, Gədəbəydə isə 100 min 170,6 ton kartof yığılıb.
Kartof istehsalına görə ilk 10 rayon
2026-cı ildə kartof istehsalına görə ilk onluqda yer alan rayonların siyahısı belədir:
- Şəmkir – 177 364,3 ton
- Tovuz – 129 503,4 ton
- Cəlilabad – 107 180 ton
- Gədəbəy – 100 170,6 ton
- Qazax – 53 174 ton
- Şərur – 26 502,9 ton
- Masallı – 24 780 ton
- Sabirabad – 21 170 ton
- Qusar – 20 276,3 ton
- Zaqatala – 20 018 ton
Beləliklə, kartof istehsalına görə ilk dörd yerdə qərarlaşan Şəmkir, Tovuz, Cəlilabad və Gədəbəy rayonlarının hər birində məhsul yığımı 100 min tonu ötüb.



