Reklam
Reklam
Reklam

Azərbaycanda ən yüksək orta əməkhaqqı hansı şəhər və rayonlardadır? – SİYAHI

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu şəhər və rayon Xankəndi olub. Burada göstərici 1 658,8 manat təşkil edib. Daşkəsən rayonu 1 543,6 manatla ikinci, Bakı şəhəri isə 1 479,4 manatla üçüncü yerdə qərarlaşıb.

PostNews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı il oktyabrın 1-nə olan vəziyyətə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə muzdla çalışan işçilərin sayı, orta aylıq nominal əməkhaqqı və qeydiyyata alınmış işsiz şəxslərin sayına dair statistik məlumatlarında bildirilir.

Məlumata əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 172,7 manat olub. Bu göstərici Xankəndidə ölkə üzrə orta səviyyədən 486,1 manat, Daşkəsəndə 370,9 manat, Bakıda isə 306,7 manat yüksəkdir.

Ən yüksək orta əməkhaqqı olan ilk 10 şəhər və rayon

Orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu ilk 10 şəhər və rayonun siyahısı belədir:

  1. Xankəndi şəhəri – 1 658,8 manat
  2. Daşkəsən rayonu – 1 543,6 manat
  3. Bakı şəhəri – 1 479,4 manat
  4. Şuşa rayonu – 1 144,7 manat
  5. Xocalı rayonu – 1 138,8 manat
  6. Zəngilan rayonu – 1 089,8 manat
  7. Gədəbəy rayonu – 1 023 manat
  8. Sumqayıt şəhəri – 981,6 manat
  9. Naxçıvan şəhəri – 953,9 manat
  10. Şirvan şəhəri – 953 manat.

Siyahıdan görünür ki, Bakıdan sonra ən yüksək göstəricilər əsasən işğaldan azad edilmiş ərazilərdə yerləşən inzibati vahidlərdə və Daşkəsən rayonunda qeydə alınıb. Bununla belə, həmin ərazilərdə muzdla çalışanların sayı Bakı ilə müqayisədə xeyli azdır.

Belə ki, Xankəndidə 1,9 min, Daşkəsəndə 4,7 min, Bakıda isə 1 milyon 4,6 min nəfər muzdla çalışıb.

Ən aşağı əməkhaqqı hansı rayonlarda qeydə alınıb?

Statistik məlumatlarda orta aylıq nominal əməkhaqqının ən aşağı olduğu ərazilər də əksini tapıb.

Ən aşağı göstərici Qax rayonunda qeydə alınıb – 586,4 manat. Xızı rayonunda bu məbləğ 655,7 manat, Ağstafada 657,1 manat, Balakəndə 659 manat, Ağcabədidə 660,5 manat, Masallıda isə 660,8 manat təşkil edib.

İqtisadi rayonlar üzrə orta əməkhaqqı

İqtisadi rayonlar üzrə göstəricilərə gəlincə, Bakı şəhəri ayrıca nəzərə alınmadıqda, ən yüksək orta aylıq nominal əməkhaqqı Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Burada göstərici 912,9 manat olub.

Naxçıvan iqtisadi rayonunda orta aylıq nominal əməkha

Paylaş: