Yaponiyada qızılın bir qramı 26 000 yenə, “Comex”də bir troya unsiyası 4 600 dollara qalxaraq rekord vurub

Mətn Ölçüsü

ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sistemini sərt tənqid etməsi və qurumun müstəqilliyinin zəifləyə biləcəyi ilə bağlı narahatlıqlar fonunda Yaponiyada qızıl qiymətləri rekord səviyyəyə çatıb.

PostNews xəbər verir ki, ölkənin aparıcı qiymətli metal ticarəti şirkətlərindən “Tanaka Kikinzoku” qızılın bir qramının qiymətini 26 000 yen, yəni 163 ABŞ dolları səviyyəsində müəyyən edib.

Bundan başqa, “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin fevralında tədarük olunmaqla qızıl fyuçerslərinin bir troya unsiyası üçün qiyməti 4 600 dollara yüksələrək yeni tarixi rekord əldə edib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti