Xərçəng hüceyrələrinin yağlardan qidalanmasının bloklanması onların məhvini sürətləndirir

Mətn Ölçüsü

Amerikanın “UTHealth” xəstəxanasından olan tədqiqat qrupu müəyyən edib ki, xərçəng hüceyrələrinin yağlardan (lipidlərdən) qidalanmasının bloklanması onların öz-özünə məhv olmasını sürətləndirə bilir.

PostNews xəbər verir ki, tədqiqatın nəticələri “Trends in Cancer” jurnalında dərc olunub.

Tədqiqatçılar lipid mübadiləsi ilə müxtəlif növ karsinomaların inkişafı arasındakı əlaqəni araşdıran 121 elmi işin meta-analizini həyata keçiriblər. Karsinoma, dəri və daxili orqanların səthini örtən toxumalarda yaranan xərçəng növüdür.

Analiz göstərib ki, şişlər böyümə və yayılma üçün yağlardan istifadə edir, lakin eyni lipidlər xüsusi hüceyrə məhvi mexanizmini – ferroptozu işə sala bilər.

Ferroptoz hüceyrə membranlarında lipid peroksidlərinin toplanması zamanı yaranır. Normalda bu proses orqanizmin həyati fəaliyyəti üçün zəruri olsa da, həddindən artıq lipid yığılması hüceyrələr üçün toksik təsir yaradır.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, kimyaterapiya və şüa müalicəsindən fərqli olaraq, ferroptoz induksiyası hətta müalicəyə davamlı şişlərdə də mümkündür, bu da xərçəng müalicəsində yeni perspektivlər açır.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti