Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti yenidən uzadılacaq

Mətn Ölçüsü

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərlik müddətinin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihələrini Ali Radaya təqdim edib.

Post-news.az busaat.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Sənədlərə əsasən, ölkədə hərbi vəziyyət və səfərbərlik müddətinin 2026-cı il fevralın 3-dən etibarən 90 gün – 3 may 2026-cı il tarixinədək uzadılması təklif olunur.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti