Reklam
Reklam
Reklam

Hər il 600 tələbə dəmir yollarında təcrübə proqramına cəlb olunur – Şahin Babayev

Hər il peşə təhsili müəssisələrindən təxminən 600 tələbə dəmir yollarında təcrübə proqramına cəlb olunur. Proqramı uğurla başa vuranlar xüsusi texniki bacarıqlar tələb edən vəzifələr üzrə işlə təmin edilirlər.

PostNews xəbər verir ki, bunu “Peşə Təhsili Forumu – 2026” tədbirində Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev deyib.

O bildirib ki, AZCON informasiya texnologiyaları üzrə mütəxəssis tələbatını qarşılamaq məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birgə “Rəqəmsal körpü” təcrübə proqramını həyata keçirir.

Şahin Babayevin sözlərinə görə, proqramın ilk mərhələsində 1 000 namizəd arasından 110 nəfər seçilib. İkinci mərhələdə isə 103 nəfər proqramı uğurla başa vurub.

Beləliklə, ilk iki mərhələ üzrə ümumilikdə 213 nəfər təcrübə proqramını tamamlayıb. Proqramı uğurla başa vuranların demək olar ki, hamısı holdinqin tabeliyindəki müəssisələrdə işlə təmin olunur. Artıq proqramın üçüncü mərhələsinə də başlanılıb.

AZSET təşəbbüsü üzrə ilk mərhələyə 30 tələbə qəbul edilib

Şahin Babayev əlavə edib ki, 2026-cı ilin may ayında Azərbaycan Texniki Universitetinin dəstəyi və Münhen Texniki Universitetinin akademik dəstəyi ilə AZSET təşəbbüsü yaradılıb.

Təşəbbüsün əsas məqsədi informasiya texnologiyaları sahəsində mütəxəssislərin hazırlanmasıdır. İlk mərhələdə proqrama 30 tələbə qəbul olunub.

Paylaş: