Ötən il Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 15 239 müraciət qeydə alınıb.
PostNews xəbər verir ki, məlumat Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, dövlət xidmətinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 8 984 müraciət daxil olub.
Eyni zamanda, DMX-in çağrı mərkəzinə 77 188 zəng qeydə alınıb.
