Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1,366 milyard manat olub

Mətn Ölçüsü

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 1,366 milyard manat təşkil edib.

PostNews xəbər verir ki, bu barədə məlumat Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən açıqlanıb. Məlumata görə, dövriyyə 2024-cü illə müqayisədə 4 faiz artıb.

Hesabat ilində muxtar respublikada əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 198,5 milyon manat olub ki, bu da 2024-cü ildəki göstəriciyə nisbətən 0,3 faiz artım deməkdir.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti