Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 35,3 milyon manat olub

Mətn Ölçüsü

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 35,3 milyon manat təşkil edib.

PostNews xəbər verir ki, bu barədə məlumat Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən açıqlanıb. Məlumata görə, göstərici 2024-cü ildəki səviyyəyə nisbətən 1,9 faiz azdır.

Qeyd olunub ki, Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, ümumi ölkə üzrə bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-noyabr aylarında göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,1 faiz artaraq 3,464 milyard manat təşkil edib. Onun 70,7 faizi əhali tərəfindən istehlak olunub.

Bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi, yəni 1 166,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti