2025-ci ildə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulunun ümumi dəyəri 402,2 milyon manat təşkil edib.
PostNews xəbər verir ki, bu barədə məlumat Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən açıqlanıb. Məlumata görə, 2024-cü illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,8 faiz azalıb.
Bildirilib ki, bu məhsulun 223,1 milyon manatı bitkiçilik sahəsi üzrə, 179,2 milyon manatı isə heyvandarlıq sahəsi üzrə istehsal olunub. Həmin göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 1 faiz və 4,9 faiz azalıb.
