Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial göstəriciləri açıqlanıb

Mətn Ölçüsü

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) 1,709 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 3,8 faiz çoxdur. Hər nəfərə düşən ÜDM isə 3 624 manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,4 faiz artım deməkdir.

Muxtar respublikada əhalinin sayı 1 dekabr 2025-ci il tarixinə 472,4 min nəfər olub ki, bu da 0,3 faiz artım deməkdir.

Sənaye və kənd təsərrüfatı istehsalı artıb

Naxçıvanda sənaye məhsulu 474,2 milyon manat təşkil edib və bu 2024-cü illə müqayisədə 7,2 faiz çoxdur. Sənaye məhsulunun 60,6 faizi mədənçıxarma, 33 faizi emal, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, 1 faizi isə su təchizatı və tullantıların emalı sektoruna düşüb. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.

Kənd təsərrüfatı məhsulunun ümumi dəyəri 402,2 milyon manat olub. Bunun 223,1 milyon manatı bitkiçilik, 179,2 milyon manatı isə heyvandarlıq sahəsi üzrə istehsal olunub. Müvafiq olaraq bitkiçilikdə 1 faiz, heyvandarlıqda 4,9 faiz azalma müşahidə edilib, ümumi məhsul isə 2,8 faiz azalıb.

Büdcə gəlirləri və xərcləri artıb

2025-ci ildə muxtar respublikanın büdcə gəlirləri (dotasiya istisna olmaqla) 290,6 milyon manat, büdcə xərcləri isə 445,6 milyon manat təşkil edib. Gəlirlər 2024-cü illə müqayisədə 11,1 faiz, xərclər isə 3,7 faiz artım göstərib.

Xarici ticarət və pərakəndə satış göstəriciləri

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 130,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 3,7 faiz artım deməkdir. Hesabat ilində ixrac 13,6 milyon, idxal isə 116,6 milyon ABŞ dolları təşkil edib, müvafiq olaraq ixrac 28,4 faiz, idxal 1,4 faiz artıb.

Pərakəndə ticarət dövriyyəsi isə 1,366 milyard manat olub və bu 2024-cü illə müqayisədə 4 faiz artım deməkdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 198,5 milyon manat təşkil edib ki, bu da 0,3 faiz artım deməkdir.

Əsas kapital və nəqliyyat sektorunda artım

2025-ci ildə muxtar respublikanın iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 397,3 milyon manat vəsait yönəldilib ki, bu 2024-cü ilə nisbətən 45,2 faiz artım deməkdir. Əsas kapitala yönəldilən vəsaitin 286,3 milyon manatı tikinti-quraşdırma işlərinə sərf olunub (23,8 faiz artım).

Nəqliyyat sektorunda 7,2 milyon ton yük daşınıb ki, bu 2024-cü ilə nisbətən 1 faiz artım deməkdir. Həmçinin 48,012 milyon sərnişin daşınıb, bu isə 1,3 faiz artım deməkdir.

İnformasiya və rabitə sahəsi

2025-ci ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 35,3 milyon manat təşkil edib ki, bu 2024-cü ilə nisbətən 1,9 faiz azalma deməkdir.

Xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi, yəni 1 166,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Ölkə üzrə isə bu sahədə göstərilən xidmətlərin dəyəri real ifadədə 8,1 faiz artaraq 3,464 milyard manat təşkil edib.

Əməkhaqqı, pensiya və sosial ödənişlər

2025-ci ildə Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812,6 manat olub ki, bu 2024-cü ilə nisbətən 5,2 faiz artım deməkdir. Ölkə üzrə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 1 086,3 manat təşkil edib.

Pensiyaçıların sayı 1 098 min nəfər, pensiya xərcləri isə 7,1 milyard manat olub. Orta pensiya orta aylıq əməkhaqqının 49,9 faizini, yaşa görə pensiya isə 53,2 faizini təşkil edib, bu göstəricilər beynəlxalq tövsiyyələrə uyğun olub.

DSMF tərəfindən 1,7 milyon vətəndaşa 803 milyon manat sosial ödəniş, 25 milyon manat icbari sığorta ödənişi həyata keçirilib. Əlilliyə görə birdəfəlik ödənişlər üçün 115,2 milyon manat xərclənib.

Ötən il minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb. Pensiyaların indeksləşdirilməsi çərçivəsində 1,1 milyon pensiyaçının pensiyaları 8,1 faiz artırılıb, fərdi şəxsi hesablardakı pensiya kapitalları isə 2,2 faiz indeksləşdirilib.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti