Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Bakıda keçirilən mətbuat konfransında 2025-ci ilin yekunlarını və 2026-cı il üçün planları açıqlayıb.
PostNews xəbər verir ki, onun sözlərinə görə, yaxın vaxtlarda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin ailələrinə evlərin verilməsi prosesinə başlanacaq.
Eyni zamanda, Çernobıl qəzası nəticəsində əlilliyi olan şəxslərə 2026-cı il üzrə mənzil verilməsi prosesi də tezliklə başlanılacaq.

