Məcburi dövlət sığorta vəsaitlərinin vaxtından əvvəl istifadəsi beynəlxalq təcrübədə yoxdur

Mətn Ölçüsü

Beynəlxalq təcrübədə məcburi dövlət sığorta haqqları hesabına qeydə alınan vəsaitin vaxtından əvvəl əldə edilməsi praktikası yoxdur.

PostNews xəbər verir ki, bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev Bakıda keçirilən 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində pensiya kapitalı şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınan vəsaitdir. Sədr vurğulayıb ki, bu vəsait yalnız pensiya hüququ yarandığı halda istifadə edilə bilər və pensiya hüququ yaranmadan istifadəsi mümkün deyil.

O əlavə edib ki, gələcəkdə özəl pensiya fondları barədə qanun qəbul olunarsa, əlavə ödənişlər verilə bilər, amma hazırda beynəlxalq təcrübəyə uyğun olaraq bu vəsaitin vaxtından əvvəl əldə edilməsi mümkün deyil.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti