İnformasiya və rabitə sektorunda xidmətlər real ifadədə 8,7% artıb

Mətn Ölçüsü

2025-ci ildə informasiya və rabitə sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri 3,989 milyard manat təşkil edib.

PostNews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, əvvəlki illə müqayisədə sektor üzrə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 8,7 faiz artıb.

Bildirilib ki, informasiya və rabitə sahəsində göstərilən xidmətlərin 69,2 faizi əhali tərəfindən istehlak olunub.

Eyni zamanda, xidmətlərdən əldə edilən ümumi gəlirin 32,4 faizi və ya 1,291 milyard manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti