Emal edilməmiş almazların idxalı və ixracına dövlət nəzarəti tətbiq olunacaq

Mətn Ölçüsü

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

PostNews xəbər verir ki, qanun layihəsinə əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu, saxlanılması və izlənməsi sahələrində dövlət nəzarəti tətbiq olunacaq.

Məlumatda bildirilir ki, işlənməmiş, sadəcə yonulmuş, parçalanmış və ya qırılmış qiymətli daşlar, həmçinin xarici iqtisadi fəaliyyət mal nomenklaturası kodları üzrə siyahıda göstərilən daşlar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən emal edilməmiş almaz hesab ediləcək.

Qanun layihəsinə əsasən, emal edilməmiş almazların idxalı və ixracı yalnız “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə üzv dövlətlərdən həyata keçirilə bilər və bu proses müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında tənzimlənəcək.

Qeyd olunub ki, qanun qəbul edildikdən sonra emal edilməmiş almazın dövlət nəzarəti, izlənməsi və ixracı üçün sertifikatın verilməsi qaydaları rəsmi olaraq təsdiq olunacaq və bütün əməliyyatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçiriləcək

Xəbəri bəyəndiniz? Sosial şəbəkələrdə paylaşın
Xəbər lenti